Azərbaycanın “Commando” minatanları xarici bazara təklif olunub – FOTO

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən istehsal edilmiş 60 mm-lik “Commando” minaatanları xarici bazara ixracat üçün təklif olunub.“/” saytının MSN-dən əldə etdiyi məlumata görə, yerli mühəndislər tərəfindən hazırlanmış minaatan əsasın xüsusi təyinatlı qüvvələrin istifadəsi üçün nəzərdə tutulub. Minaatan indiyədək xarici ölkələrdə keçirilmiş bir neçə sərgidə nümayiş etdirilib.

MSN mütəxəssislərinin sözlərinə görə, bu minaatan piyada qüvvələri üçün ən ideal silahlardandır. Sadə dizaynı ondan rahatlıqla istifadə etməyə imkan verir. Bu minaatandan hətta hücum əməliyyatlarında istifadə oluna bilər. Silahın üzərində mil və metr şkalaları olduğundan məsafə vahidlərini dəyişmək lazım gəlmir.

Çəkisi 8 kq, uzunluğu 675 mm təşkil edən minaatanla 45-85 dərəcə bucaq altında 380 metrdən 1600 metrədək məsafədəki hədəflərə atəş açmaq olur. Dəqiqədə 20 atəş aça bilən minaatanın mərmisinin ağırlığı 1.6 kq təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş