Azərbaycanın daha bir snayper tüfəngini silahlanmaya daxil edir

Yeni tüfəng MÜBARIZ adlanacaqAzərbaycan mühəndislərinin hazırladığı 12.7 mm-lik snayper tüfəngi gələn ilin əvvəllərində orduda silahlanmaya qəbul ediləcək. Bu barədə “AzeriDefence.com” saytı eksklüziv olaraq öz hərbi mənbələrinə istinadən məlumat verib.

Sınaqlar zamanı silah üzərində xeyli təkmilləşdirmələr aparılsa da bu barədə detallarıq açıqlanması məqsədəuyğun sayılmayıb.

“İstiqlal” snayper tüfəngi ailəsindən olan yeni tüfəng silahlanmaya MÜBARIZ adı ilə qəbul ediləcək.

Qeyd edək ki, yeni tüfəng noyabrın 7-dən 10-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində “İndoDefence -2012” müdafiə sərgisində nümayiş olunacaq. Bu tüfəng eyni zamanda Azərbaycanın lisenziyası ilə Türkiyənin MKEK şirkəti tərəfindən də istehsal ediləcək.

Snayper tüfəngi yerli müəssisədə hazırlanmış daha müasir optik nişangahla təchiz olunub.

12.7×108 mm-lik patronlardan atəş açan MÜBARIZ -50, +50 dərəcə tempraturda effektiv istifadə oluna bilir. Silahın təyinatına düşmənin yüngül və zirehli personal daşıyıcılarını, döyüş maşınlarını, yerdə park edilmiş aviasiya vasitələrini, bağlı mövqelərini məhv etmək daxildir. Çəkisi boş halda 16 kq təşkil edən yarımavtomatik snayper tüfənginin darağının tutumu 7 patron, atış məsafəsi 2 min metr təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş