Azərbaycanın dəniz sərhədlərinin mühafizəsində yeni dövr başlayır

Avqust ayından Azərbaycanın dəniz sərhədlərinin mühafizəsində yeni inkişaf dövrü başlayır. “AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bildirib.General E. Quliyevin sözlərinə görə, DSX Sahil Mühafizəsində yeni gəmi və avadanlıqların tətbiqinə başlanılır.

“Bu, sərhəd təhlükəsizliyi və müasir təhdidlərə cavab verir. Bu gün dəniz sərhədlərinin mühafizəsində yeni avadanlıqlar tətbiq olunur. Müasirləşmə davam edir. Sabah daha yeniləri tətbiq ediləcək”, – deyə general vurğulayıb.

DSX rəisi yeni sərhəd infrastrukturlarının, hərbi baza və sərhəd məntəqələrinin inşası ilə bağlı işlərin davam etdiyini də söyləyib. General bildirib ki, artıq tikilən obyektlərin 80-90 faizində işlər yekunlaşmaq üzrədir. Sentyabr və oktyabr aylarında bir sıra obyektlərin açılışı planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş