Azərbaycanın dövlət sərhədində daha bir kompleks istifadəyə verildi

Şəmkir Sərhəd Dəstəsinin “Böyük Kəsik” Sərhəd Nəzarəti Məntəqəsində yeni kompleks istifadəyə verilib. Bu barədə “AzeriDefence” Dövlət Sərhəd Xidmətinin (DSX) saytına istinadən məlumat yayıb.

Kompleksdə inşa olunmuş altımərtəbəli binanın birinci mərtəbəsində sərhəd nəzarəti məntəqəsinin qərargahı yerləşdirilib. Qərargahda lazımi xidmət şəraiti yaradılıb, xidmət otaqları kompüterlərlə, digər avadanlıq və vasitələrlə təmin olunub. Binanın üst mərtəbələrində bir, iki və üç otaqlardan ibarət 31 mənzil inşa edilib. Sərhədçi zabit və gizirlər üçün tikilmiş bu mənzillər mebel avadanlığı ilə təmin olunub.

Kompleksdə hamam-camaşırxana, qazanxana, nəzarət-buraxılış məntəqəsi, su anbarı və digər tikililər var. Kompleksin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş