Azərbaycanın fövqəladə hallar naziri Ukrayna səfiri ilə görüşüb

Fövqəladə hallar naziri, general polkovnik Kəmaləddin Heydərov Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonu qəbul edib. Nazirliyin yaydığı məlumata görə, görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən lahiyələr barədə ətraflı məlumat verib. Nazir, həmçinin fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşkili və digər məsələlər də müzakirə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş