Azərbaycanın müdafiə naziri Fransaya rəsmi səfərə yola düşüb

Yanvarın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransaya rəsmi səfərə yola düşüb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

General-polkovnik Zakir Həsənovun Fransanın Müdafiə naziri cənab Jan-İv Le Drian, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Eduard Qiyo, eləcə də Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərinin rəhbərləri ilə görüşlər keçirməsi, ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparması planlaşdırılır.

Səfər zamanı Azərbaycan Respublikası və Fransa Respublikasının Müdafiə Nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq Anlaşmasının imzalanması nəzərdə tutulub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Fransaya rəsmi səfəri yanvarın 14-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş