Azərbaycanın müdafiə naziri Moskvaya gedib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Moskvaya səfərə gedib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Z. Həsənov avqustun 1-də Beynəlxalq Hərbi Oyunların təntənəli açılış mərasimində iştirak edəcək.
Səfər çərçivəsində Z. Həsənovun rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşü planlaşdırılır.
KATEQORIYA: Müdafiə