Azərbaycanın müdafiə naziri Qətərdə bir sıra ölkələrin hərbi rəsmiləri ilə görüşlər keçirib

Qətər dövlətinin Silahlı Qüvvələrinin Baş Qəragah rəisi general Həməd Bin Əli Əl-Atiyyənin dəvəti ilə bu ölkədə səfərdə olan Azərbaycanınn müdafiə naziri general-polkovnik Səfər Əbiyev bir sıra görüşlər keçirib. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin saytına istinadən məlumat yayıb.

S. Əbiyevin Qətər dövlətinin vəliəhdi Şeyx Tamim Bin Həməd Əl Tani və Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşü olub. Vəliəhdlə görüş zamanı ölkələr arasında mövcud olan əlaqələr, o cümlədən hərbi sahədə əməkdaşlığın gedişatı və perspektivləri, regional təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət müzakirə edilib.

Baş Qərargah rəisi ilə görüş zamanı da hərbi sahədə əməkdaşlığın əsas istiqamətləri və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, “Yırtıcı Şahin-3” çoxmillətli birgə hərbi təlim proqramı çərçivəsində təşkil olunmuş, Ali Hərbi Rəhbərlərin seminarında iştirak edən Azərbaycanıq müdafiə naziri həmin tədbirə qatılan Pakistan İslam Respublikasının müdafiə naziri və Birləşmiş Qərargahlar Komitəsinin sədri, Mərakeşin müdafiə naziri, Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə də görüşlər keçirərək təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın perspektivləri barədə müzakirələr aparıb.

KATEQORIYA:
Bu xəbəri paylaş