Azərbaycanın müdafiə naziri SSM heyətini qəbul edib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyə Müdafiə Sənayesi Katibliyinin (SSM) nümayəndə heyətini qəbul edib. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Görüş zamanı hərbi-texniki əməkdaşlığın prioritetləri barədə müzakirələr aparılıb.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun və Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşesi Yücel Karaüz iştirak edib.
KATEQORIYA: Müdafiə