Azərbaycanın müdafiə naziri Türkiyəyə gedəcək
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun yaxın vaxtlarda Türkiyəyə səfəri planlaşdırılır. Bu barədə “AzeriDefence.com” saytına diplomatik mənbələrdən məlumat verilib.
Səfərin noyabrın ikinci ongünlüyündə (12-13 noyabr) baş tutacağı gözlənilir. Nazir Ankaraya Azərbaycanın hökumət rəsmilərindən ibarət geneiş heyətin tərkibində səfər edəcək.
Bu Z. Həsənovun müdafiə naziri vəzifəsində ilk rəsmi səfəri olacaq.
KATEQORIYA: Müdafiə