Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edəcək
Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 23-də Türkiyəyə səfər edəcək. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçiriləcək anma mərasimində iştirak edəcək.
Səfər aprelin 25-dək davam edəcək.
KATEQORIYA: Müdafiə