Azərbaycanın müdafiə nazirinin Latviyaya rəsmi səfəri başlayıb

Zakir Həsənov Latviyanın yeni seçilmiş prezidenti ilə görüşəcək
Litvaya rəsmi səfəri başa çatdıqdan sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviyaya yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Azərbaycanın müdafiə naziri Latviyanın yeni seçilmiş prezidenti, iyulun 8-dən dövlət başçısı vəzifələrinin icrasına başlayacaq hazırkı müdafiə naziri Raymonds Veyonisin dəvəti ilə iyulun 3-dən 4-dək Latviyada rəsmi səfərdə olacaq.

Səfərdə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və müdafiə məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş