Azərbaycanın müdafiə sənayesi naziri Bolqarıstanın iqtisadiyyat naziri ilə görüşüb

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yavər Camalov Azərbaycan ilə Bolqarıstan arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.

Nazir nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bolqarıstanın Azərbaycandakı səfiri Maya Hristova görüşdə iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş