Azərbaycanın müdafiə sənayesi naziri İndoneziyaya səfər edib

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti “Indo Defence-2012” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün İndoneziyada səfərdədir. Bu barədə AzeriDefence Müdafiə Sənayesi Nazirliyinə istinadən məlumat verib.

Səfərdə məqsəd İndoneziyanın Cakarta şəhərində keçirilən “Indo Defence-2012” sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal edilən müdafiə təyinatlı məmulatların nümayiş etdirilməsidir.

Noyabrın 7-dən 10-dək davam edəcək sərgidə ayrıca stendlə təmin olunan Müdafiə Sənayesi Nazirliyi 125 adda müdafiə təyinatlı məmulat nümayiş etdirəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş