Azərbaycanın sifariş verdiyi daha iki Mi-35 uçuş testlərini keçir – FOTO

Azərbaycanın sifarişi üzrə Rusiyada istehsal edilən daha iki ədəd Mi-35M tipli hərbi helikopter uçuş sınaqlarına başlayıb. Bu barədə “AzeriDefence” bmpd.livejournal.com saytına istinadən məlumat verib.

“Rosvertol” şirkətinin Rostov-Don şəhərindəki zavodunda istehsal edilən helikopterlər elə zavodun təlim aerodromunda uçuş sınaqlarından keçirilir.

Helikopterləri Azərbaycan Dövlət Sərhəd Xidməti sifariş verib. 2010-cu ildə bağlanmış müqaviləyə əsasən Rusiya Azərbaycana 24 ədəd Mi-35M tipli helikopterin çatdırılmasını təmin etməlidir.

KATEQORIYA:
Bu xəbəri paylaş