Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri görüşüb

Aprelin 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Gürcüstanın müdafiə naziri Mindia Canelidze arasında ikitərəfli formatda görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ölkələr arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.

Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş