Azərbaycanın yeni müdafiə naziri erməniləri təşvişə saldı

General-polkovnik Zakir Həsənovun Azərbaycanın müdafiə naziri postuna gətirilməsi və ötən gün cəbhənin Tovuz rayonu istiqamətində yaşanmış insident zamanı verdikləri itkilər Ermənistanda ciddi narahatlığa səbəb olub. “AzeriDefence”nin məlumatına görə, Ermənistanın hakim Respublika Partiyasının (RPA) sədr müavini Armen Aşotyan baş verənlərdən açıq narahat olduqlarını dilə gətirib.

Özünün Facebook səhifəsində fikirlərini ifadə edən A. Aşotyan narahatlıqlarını ifadə edib. RPA rəsmisi hesab edir ki, Azərbaycanın yeni təyin olunmuş müdafiə naziri Zakir Həsənovun 22 oktyabrda Ermənistan-Azərbaycan sərhədində Azərbaycanın silahlı qüvvələrinin atəşindən həlak olmuş erməni hərbi qulluqçusu üçün cavab verməli dir: “Baş vermiş faciəli hadisəyə gəlincə, yeni müdafiə nazirinin təyinatını qanla bayram etməyə çalışan azərbaycanlıların arzusu cavabsız qalmayacaq. Qafqazda qan, xüsusilə erməni qanı qiymətə malikdir və bu qiyməti Zakir Həsənov ödəməlidir”.

A. Aşotyan qeyd edib ki, yeni təyinat Azərbaycanda İlham Əliyev iqtidarına olan etimadı bərkitməyə yönəlib.

Qeyd edək ki, oktyabrın 22-si günorta saatlarında Azərbaycan hərbçiləri tərəfindən ermənilərin təxribatının qarşısı alınıb. Cəbhə xəttində erməni hərbçilərini daşıyan nəqliyyat vasitəsi iri çaplı İstiqlal snayper tüfəngindən açılan sərrast atəşlə vurulub. Hadisə zamanı Ermənistan Ordusunun əsgəri Qarik Artakoviç Poqosyan (Vanadzor hərbi komissarlığından – 1994-cü il təvəllüdlü) ölüb, əsgər Artur Seroboviç Andranikyan (Vayk komissarlığı, 1994-cü il təvəllüdlü), Araik Norikoviç Jamqaryan (Masis, 1994) və Martin Vaqramoviç Petrosyan (Masis, 1994) güllə yaraları alıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş