Azərbycan silahları Malayziyada – FOTO

DSA-2014 sərgisi başladıMalayziyanın paytaxtı Kuala Lumpur şəhərində 14-cü Asiya Müdafiə Xidmətləri Sərgisi və Konfransı (DSA-2104) bu gün işə başlayıb. “AzeriDefence”nin məlumatına görə, 1000-dən artıq şirkətin qatıldığı sərgidə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) də stendlə təmsil olunur.

Sərgiyə müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti qatılıb. Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev də sərgini ziyarət edib.

MSN tərəfindən sərgidə 132 adda məlumat əyani şəkildə və ya broşür şəklində təqdim olunur. Nazirliyin stendində nümayiş olunan 14.5 mm çaplı “İstiqlal-T”, 12.7 mm çaplı “Mübariz”, 7.62 mm çaplı “Yalquzaq” snayper tüfəngi, tank və zirehli texnikalar üçün pulemyotu, HP-7.62 hücum pulemyotunun lüləsinə görə fərqlənən iki fərqli versiyası, universal pulemyotu, “Zəfər”, “Zəfər-K” və “İnam” və polimer gövdəli tapança modelləri, pilotsuz uçuş aparatlarının maketləri, aviasiya təlim bombası, müxtəlif çaplı sursatlar, bədən zirehi, əleyhqaz və s. xarici mütəxəssislərin marağına səbəb olub.

Azərbaycanın sərgidə təqdim etdiyi yeniliklər HP-7.62 pulemyotunun uzun lüləli versiyası, polimer gövdəli tapança, müxtəlif çaplı döyüş sursatlarıdır.

MSN-nin stendindəki video rolikdə isə Gürzə patrul maşının ASELSAN şirkətinin istehsalı olan SARP döyüş modulu ilə silahlı nümunəsi və Serbiya ilə istehsalına başlanılmış barabanlı qumbaraatan nümayiş olunur.

MSN stendində eyni zamanda sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisinin təqdimatı keçirilir.

Sərginin açılışından sonra Azərbaycan stendinə müxtəlif ölkələrdən çox sayda hərbçilər və hərbi şirkətlərin nümayəndələri baş çəkib. Müdafiə sənayesi naziri Yavər Camalov ilə Türkiyənin Əmniyyət Baş İdarəsinin rəhbəri Mehmet Kılınclar arasında görüş olub. Daha sonra MSN mütəxəssisləri tərəfindən M. Kılınclara Azərbaycanın istehsalı olan silah və döyüş sursatları barədə geniş məlumat verilib. Daha sonra Qətər Əmirliyinin Silahlı Qüvvələrinin rəhbərliyi Azərbaycan stendində olub.

MSN heyəti və nazir Yavər Camalov xarici şirkətlərin stendlərini gəzərək görüşlər keçirib.

KATEQORIYA:
Bu xəbəri paylaş