“Azərkosmos”da İsveçrənin “OnAir” şirkətinin nümayəndələri ilə görüş keçirilib

“Azərkosmos” ASC-də İsveçrənin “OnAir” şirkəti ilə geniş tərkili görüş keçirilib. “AzeriDefence”nin məlumatına görə, şirkət nümayəndələrinz “Azərkosmos” ASC-nin fəaliyyəti barədə məlumat verilib. Cari ilin sonunda orbitə çıxarılacaq “Azərspace” telekommunikasiya peykinin, həmçinin gələcəkdə istifadəyə veriləcək digər telekommunikasiya peyklərinin göstərəcəyi rabitə xidmətlərinə uyğun texnoloji həllər və məhsullara dair təqdimat keçirilib.

Görüş çərçivəsində tərəflər əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş