“Azərkosmos”un əməkdaşları Çində keçirilən təlimdə iştirak edib

Azərbaycanın “Azərkosmos” ASC-nin əməkdaşları Pekində “Peyklərin tətbiqi texnologiyaları” mövzusunda keçirilən təlimdə iştirak edib. Bu barədə “AzeriDefence” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən məlumat verib.

Təlimdə “Azərkosmos” ASC-nin mütəxəssisləri hazırda dünyada və Çində istifadədə olunan rabitə və naviqasiya peyklərinin, o cümlədən Yerin müşahidəsi peyklərinin tətbiqi texnologiyaları haqqında həm geniş konseptual biliklərə, həm də praktik bacarıqlara yiyələniblər. Təlim müddətində kosmik məhsulların tətbiq olunduğu bir sıra idarə və təşkilatlara ziyarət də təşkil olunub.

Təlim Çin Kosmik Texnologiyalar Akademiyasının təşəbbüsü ilə təşkil olunub və Azərbaycan kimi kosmik fəaliyyətə yeni başlayan ölkələrin mütəxəssisləri üçün nəzərdə tutulub.

Təlimin sonunda iştirakçılara Çin Elm və Texnologiya Nazirliyi Beynəlxalq Əməkdaşlıq Şöbəsinin sertifikatları verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş