AzTU-da müdafiə təyinatlı layihələrin işlənilməsi üçün laboratoriya yaradılacaq

AzTU-da müdafiə təyinatlı layihələrin işlənilməsi üçün laboratoriya yaradılacaq

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində müdafiə təyinatlı layihələrin yaradılması və işlənilməsi üçün laboratoriyanın yaradılması planlaşdırılır.

Azeri Defence saytının məlumatına görə, bunu media nümayəndələri ilə online görüşündə AzTU-nun rektoru, professor Vilayət Vəliyev bildirib.

AzTU-nun müdafiə sənayesinə öz töhfəsini verdiyini deyən rektorun sözlərinə görə, bu istiqamətdə Müdafiə Sənayesi Nazirliyi, Türkiyənin müdafiə sənayesi təşkilatları və ASELSAN şirkəti ilə münasibətlər qurulub.

Rektor V. Vəliyev Xüsusi texnika və texnologiya fakültəsi ilə yanaşı maşınqayırma və robototexnika, informasiya və telekommunikasiya texnologiyaları, metallurgiya və materialşünaslıq kimi digər fakültələrin hərbi sənaye kompleksi üçün kadrlar hazırladığını qeyd edib.

Bir neçə il əvvəl Xüsusi texnika və texnologiya fakültəsini bitirən tələbələrin hərbi sənaye müəssisələrində işə qəbulu ilə əlaqədar hərbi xidmətə çağrılmaması barədə qaldırılan məsələlərə toxunan rektor bu məsələnin öz həllini tapmadığını deyib: “Biz istəyirik ki, bu fakültələri bitirən məzunlarımız hərbi xidmətə getdikdə öz ixtisasları üzrə xidmət etsinlər”.

Qeyd edək ki, AzTU uzun illər keçmiş Sovet Ordusu və hərbi sənaye kompleksi üçün ixtisaslı mütəxəssislər hazırlayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş