AzTU-da texnopark yaradılır

AzTU-da texnopark yaradılır

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində texnoparkın yaradılması planlaşdırılır.

Azeri Defence saytının məlumatına görə, bunu media nümayəndələri ilə online görüşündə AzTU-nun rektoru, professor Vilayət Vəliyev bildirib.

Rektor bununla bağlı Türkiyənin Orta Doğu Texniki Universiteti, Qazi Universiteti, Azərbaycanın İqtisadiyyat Nazirliyi və Sumqayıt Kimya Sənayesi Parkı ilə görüşlərin davam etdiyini bildirib.

Vilayət Vəliyev qeyd edib ki, texnopark üçün Universitetin tədris korpuslarından birində yer ayrılıb. Gələcəkdə texnoparkın AzTU-nun tələbə şəhərciyində yaradılacaq İnnovasiya Mərkəzinə transferi nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş