AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsində buraxılış işlərinin onlayn müdafiəsi başlayıb

AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsində buraxılış işlərinin onlayn müdafiəsi başlayıb

İyunun 23-dən Azərbaycan Texniki Universitetində (AzTU) ali təhsilin bakalavriat səviyyəsi üzrə buraxılış işlərinin onlayn müdafiəsi başlayıb.

Bu barədə “Azeri Defence”ə AzTU-nun mətbuat xidmətindən məlumat verilib.

İlk iclasda universitetin “Xüsusi texnika və texnologiya” fakültəsinin müdafiədə iştirak edən 5 tələbəsinin hər biri “əla” qiymət alıb. Dövlət Attestasiya Komissiyasının (DAK) sədri, Müdafiə Sənayesi Nazirliyi “Şərq” Elm-istehsalat birliyinin “İqlim” Elm-İstehsalat Müəssisəsinin direktoru Sabir Abbasov və komissiyanın üzvləri müdafiə prosesinə qoşulub, tələbələrə buraxılış işi ilə bağlı suallar ünvanlayıb. Onlayn müdafiəni AzTU-nun rektoru Vilayət Vəliyev, dekanlığın və kafedranın əməkdaşları “Zoom” platforması üzərindən canlı izləyib.

KATEQORIYA:
Bu xəbəri paylaş