AzTU tələbələri “Aselsan-Bakı” şirkətində təqaüdlü təcrübə proqramı keçir

AzTU tələbələri “Aselsan-Bakı” şirkətində təqaüdlü təcrübə proqramı keçir

Azərbaycan Texniki Universiteti (AzTU) Tədris hissəsinin nəzdində fəaliyyət göstərən Karyera Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) əməkdaşları universitetin “ASELSAN-Bakı” şirkətində təcrübə proqramı keçən tələbələrinin iş prosesini izləmək məqsədilə şirkətdə olublar.

Bu barədə “AzeriDefene” AzTU-nun mətbuat xidmətinə istinadən məlumat verib.

“ASELSAN-Bakı” şirkətinin direktoru Özgür Kürüm bildirib ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Sistem mühəndisliyi”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə təhsil alan III və IV kurslardan 10 tələbənin təqaüdlü təcrübə proqramı uğurla davam edir.

Tələbələrin nəzəri biliklərinin yüksək olduğunu və onların səriştə əsaslı dual təlimi yaxşı qavradıqlarını deyən şirkət rəhbəri gələcəkdə təcrübə proqramı üçün tələbələrin sayının artırılmasına ehtiyac olduğunu da diqqətə çatdırıb.

Qeyd edək ki,  Türkiyənin ASELSAN şirkəti tərəfindən təsis edilmiş “ASELSAN-Bakı” şirkəti Azərbaycanda 1998-ci ildə dövlət qeydiyyatından keçib. “ASELSAN-Bakı”nın əsas fəaliyyətini ASELSAN istehsalı olan mülki rabitə cihazları  və  s. radioelektronika sistemlərinin satışı,  təmiri, onlara texniki dəstəyi əhatə edir

KATEQORIYA:
Bu xəbəri paylaş