BƏƏ-nin “Baynuna” layihəli dördüncü korveti suya endirilib

Abu-Dhabi Shipyard şirkətinin (ADSB) tərsanəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Dəniz Qüvvələri üçün inşa olunmuş “Baynuna” layihəli dördüncü BR72 “Mezyad” korveti suya endirilib. “AzeriDefence”nin məlumatına görə, korvet Fransanın CMN gəmiqayırma şirkətinin layihəsi əsasında inşa edilib. Korvet Fars körfəzində əlavə sınaqları keçəcək.

Suya endirilmiş “Mezyad” korveti ən son texnologiyalara malikdir. Korvet güclü mühərrik və silahlarla təchiz edilib.

“Baynuna” layihəli korvetlər 72 m uzunluğa, 11 metr enə malikdir. Gəminin su basımı 920 ton, maksimal surəti 32 uzl, hərəkət uzaqlığı 2400 dəniz milidir.

Korvetin silahlanmasına 76 mm-lik “OTO Melara Super Rapid” avtomatik topu, iki ədəd 27 mm-lik MLG-27 avtomatik topu, səkkiz ədəd MM-40 Block-3 “Ekzoset” raket buraxılış qurğusu, Mk.31 RAM zenit-raket kompleksi, səkkiz ədəd Mk.56 RIM-162 raketi və buraxılış qurğusu, həmçinin RLS daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş