BƏƏ Ordusu ABŞ-dan 4569 ədəd minaya qarşı qorumalı nəqliyyat vasitəsi alır

BƏƏ Ordusu ABŞ-dan 4569 ədəd minaya qarşı qorumalı nəqliyyat vasitəsi alır

ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 4569 ədəd minaya qarşı qorumalı nəqliyyat vasitəsinin (MRAP) satışına razılıq verib.

Bu barədə “Azeri Defence” ABŞ-ın Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlığı Agentliyinə istinadən məlumat verib.

Təxmini dəyəri 556 milyon dollar təşkil edən Xarici Hərbi Satış proqramı çərçivəsində tələb olunan “MaxxPro” LWB, “MaxxPro” MRV, “MaxxPro Dash”, “MaxxPro Plus” MRAP-lar, “MaxxPro” və “MaxxPro MEAP” kapsulları, “Caiman” MTV və “Caiman” MRAP-ları ABŞ Ordusunun inventarından tədarük ediləcək.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş