Bəylər Eyyubov Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib

Bəylər Eyyubov Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib

Prezident İlham Əliyev Bəylər Eyyubovun Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin edilməsi barədə sərəncam imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, sərəncama əsasən Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, buna qədər general-polkovnik Bəylər Eyyubov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsində çalışıb.

KATEQORIYA:
Bu xəbəri paylaş