BƏƏ üçün MQ-9B PUA-ların satışına icazə verilib

ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 18 ədəd MQ-9B silahlı pilotsuz uçuş aparatının (PUA) satışına icazə verib.

“Azeri Defence”nin məlumatına görə, qərarı ABŞ-ın Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi açıqlayıb.

PUA və əlaqədar avadanlıqların təxmini dəyəri 2,97 milyard dollar təşkil edir.

Satış paketinə 18 ədəd MQ-9B pilotsuz uçuş aparatı ilə yanaşı “Raytheon” şirkətinin istehsalı olan 25 ədəd MTS-D (Multi-Spectral Targeting Systems-D) EO / IR Sensorları, 19 ədəd Lynx AN / APY-8 Sintetik Diyafram Radarı (SAR) və GMTI radarı, 18 ədəd RIOTM Rabitə Kəşfiyyat Sistemləri, 515 ədəd AGM-114R “Hellfire” raketi, 12 ədəd KMU-572 JDAM sursatı, 4 ədəd “Paveway II” GBU-12, 7 ədəd 250lb “Paveway II” GBU-58 bombası, təlim bombaları, rabitə vasitələri və digər avadanlıqlar daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş