“BAE Systems” ABŞ Ordusuna LR-PGK həssas yönləndirmə dəsti tədarük edəcək

“BAE Systems” ABŞ Ordusuna LR-PGK həssas yönləndirmə dəsti tədarük edəcək

Böyük Britaniyanın “BAE Systems” şirkəti Amerika ilə uzun mənzilli artilleriya sistemlərinin tədarükünə dair müqavilə bağlayıb.

Bu barədə “AzeriDefence” “BAE Systems” şirkətinə istinadən məlumat verib.

Müqavilənin dəyəri 33 milyon ABŞ dolları təşkil edir. Müqavilə çərçivəsində “BAE Systems” şirkəti ABŞ Ordusuna LR-PGK (“Long Range Precision Guidance Kit”) uzun mənzilli həssas yönləndirmə dəsti tədarük edəcək.

LR-PGK həssas yönləndirmə dəsti 155 mm-lik artilleriya mərmiləri ilə 70 kilometrdən daha uzaq məsafəyə dəqiq zərbələr endirmək imkanı verir.

LR-PGK həssas yönləndirmə dəstlərinin 2023-cü ilə qədər sifarişçiyə çatdırılması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş