“BAE Systems” CV90 PDM-in yeni versiyasını hazırlayıb

Britaniyanın “BAE Systems” şirkəti CV90 piyadaların döyüş maşınının (PDM) yeni modelini təqdim edib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, CV90 MkIV indeksi almış yeni PDM “Stridsfordon 90” (Combat Vehicle 90) transportyorunun modifikasiya olunmuş beşinci nəsil maşınıdır.

CV90-nın şassisi 1984 cü ildə İsveçin “Hagglunds” (Daha sonralar “BAE Systems” tərəfindən alınıb) şirkəti tərəfnindən hazırlanıb və 1993-cü ildə zirehli maşının seriyalı istehsalına başlınılıb. Yenilənmiş CV90 MkIV müasir şassi ilə təchiz edildikdən sonra manevr etmə və sürətlə hərəkət etmə qabiliyyəti güclənib.

Məlumatda o da qeyd olunub ki, beşinci nəsilin daha bir əhəmiyyətli innovasiyası NATO-un ən yeni elektron arxitekturasıdır. CV90 MkIV-nın çəkisi 35-dən 37 tona qaldırılıb. “Scania” mühərriki ilə təchiz edilən X300 transmisiylı zirehli maşın 1000 at gücündədir.

“BAE Systems” şirkətindən bildiriblər ki, CV90 MkIV zirehli maşının hazırlanmasında əsas məqsəd Çexiya Ordusunun silahlanmasında yer alan BMV-II transportyorlarınn əvəz edilməsi üçün elan edilən tenderdə iştirak etməkdir.

Qeyd edək ki, CV90 zirehli transportyorları Danimarka, Estoniya, Finlandiya, Norveç, İsveç, İsveçrə və Hollandiya Silahlı Qüvvələrinin istifadəsində yer alır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş