Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin 1980-ci il buraxılışının 35 illik yubiley tədbirləri keçiriləcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə cari ilin iyulun 19-da Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin 1980-ci il məzunlarının buraxılışının 35 illik yubileyinə həsr edilmiş təntənəli görüş keçiriləcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirə hazırlıqla əlaqədar İşçi Qrupun rəhbəri Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev təyin edilib.

Yubiley tədbirləri haqqında əlavə məlumat mütəmadi olaraq http://www.mod.gov.az/- Müdafiə Nazirliyinin, http://www.aahm.edu.az/ Heydər Əliyev adına AAHM və http://bvoku.clan.su/ Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin məzunlarının saytlarında yerləşdiriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş