Bakı Limanı “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyasına qoşulub – VİDEO

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Bakı Limanı) Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyasına qoşulub.

Bu barədə Azeri Defence saytına Bakı Limanının İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Sıralarında çox sayda sabiq hərbiçi olan Bakı Limanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün Şəhidlərimiz, 2016-ci ilin şanlı Aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz istiqamətində döyüşlərində vuruşmuş əsgər və zabitlər qarşısında baş əyir, onların şücaətini və qəhramanlığını əbədi yaşatmaq missiyasına qoşulur”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda altı nəfər limançımız Şəhid olub, onlardan Elxan Kazımov, Sabir Babayev və Nüsrət Şirinovun adları limana məxsus gəmilərə verilib.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

 

KATEQORIYA:
Bu xəbəri paylaş