Bakıda 100-dən çox partlamamış aşkarlanıb

Bakı şəhərində çox sayda iri çaplı partlamamış hərbi sursatlar aşkarlanıb.

Bu barədə “AzeriDefence” ANAMA-dan məlumat verilib.

Bakı şəhəri, Nərimanov rayonu İslam Abuşov küçəsi 16R küçəsində Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikları ilə birlikdə keçirilən əməliyyat tətbirləri nəticəsində 102 ədəd (8 ədəd 100 mm-lik top mərmisi, 8 ədəd – 62 mm-lik minaatan mərmi, 9 ədəd 122 mm-lik top mərmisi,  7 ədəd 76 mm-lik top mərmisi, 1 ədəd – 120 mm-lik minaatan mərmi, 1 ədəd 30 mm-lik top mərmisi, 4 ədəd SPQ-9 raketi, 64 ədəd – BM-6 tank mərmisi) müxtəlif çaplı mərmilər aşkar olunaraq götürülüb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş