Bakıda beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” sərgisi keçiriləcək

21-24 oktyabr tarixində Bakı Ekspo Mərkəzində regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan 8-ci Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” (“CIPS Caspian-2015”) sərgisi keçiriləcək.

Bu barədə “AzeriDefence”yə sərginin təşkilatçısı olan “Iteca Caspian”şirkətindən məlumat verilib.

“CIPS Caspian 2015” sərgisində Türkiyə, Rusiya, Böyük Britaniya, ABŞ, Ukrayna, Belarus, Çin, BƏƏ və digər ölkələrin məhsulları təqdim olunacaq. Bu il debüt edən şirkətlər arasında “Azinteco” MMC, “Digital Solutions” MMC, “Protect.az”, “Gozcu Guvenlik”, “Southwest MW”, “Teko Torgoviy Dom” ASC, “Poliservis” və digər şirkətlər yer alır.

Sərginin daimi iştirakçıları arasında “A Yangin Guvenlik Sistemleri”, “Azfire Safety” və s. şirkətlər var.

“CIPS Caspian” sərgisində təhlükəsizliyin təminatı üzrə texniki vasitələr, qapalı mühafizə televiziyası və müşahidə sistemləri, qəza-xilasetmə texnikası, informasiya mühafizəsi üzrə vasitələr, “smart-kartlar”, ID-texnologiyalar, turniketlər və bir sıra digər məhsullar nümayiş olunur. “Yanğın təhlükəsizliyi sistemləri” sektorunda mütəxəssislərə tanınmış yanğın təhlükəsizliyi sistemləri, yanğın və mühafizə siqnalizasiyası, duman datçikləri, yanğın-texniki kameralar, xüsusi təyinatlı yanğın əleyhinə avadanlıqlar, duman zamanı vizual görüntü üçün termal kameralar, qoruyucu eynəklər və s. məhsullar təklif olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş