Bakıda Azərbaycan-Türkiyə Yüksək səviyyəli hərbi dialoq iclası keçiriləcək

Yaxın günlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə Yüksək səviyyəli hərbi dialoq iclasının keçirilməsi planlaşdırılır.

Bu barədə “AzeriDefence”yə hərbi mənbələrdən məlumat verilib.

Sayca 8-ci olan bu Yüksək səviyyəli hərbi dialoq iclası Bakıda keçiriləcək.

İclasda müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilərək gələcək fəaliyyətlərin müxtəlif istiqamətləri müzakirə olunacaq.

Qeyd edək ki, Yüksək səviyyəli hərbi dialoq iclasına Azərbaycan tərəfindən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev həmsədrlik edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş