Bakıda Azərbaycan və Rusiya hərbi-texniki əməkdaşlığına dair iclas keçiriləcək

2017-ci ilin dekabrında Bakıda Azərbaycan və Rusiya hərbi-texniki əməkdaşlığı üzrə komissiyanın iclası keçiriləcək.

“AzeriDefence”nin TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmkarı Elmar Məmmədyarovla görüşündə deyib.

Azərbaycan və Rusiya Təhlükəsizlik Şuraları arasındakı əməkdaşlığın uğurlu inkişafından danışan S. Lavrov bildirib ki, hər iki ölkə arasında qarşılıqlı əlaqələr Qafqaz və Xəzər regionunda təhlükəsizliyin təmin olunmasında böyük rol oynayır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş