Bakıda helikopter xidmət mərkəzinin tikintisi başlayıb

Bakıda helikopter xidmət mərkəzinin tikintisi başlayıb

Bakı şəhərində Rusiya istehsalı olan helikopterlər üçün servis mərkəzinin tikintisinə başlanıb.

Bu barədə “AzeriDefence”ə “Rusiya Helikopterlər” şirkətindən məlumat verilib.

Mərasimdə “Rusiya Helikopterləri” şirkətinin baş direktoru Andrey Boqinski, həmçinin Azərbaycanda istismar edilən Rusiya istehsalı olan helikopterlərə texniki xidməti göstərəcək “Helikopter Servis Mərkəzi” MMC-nin nümayəndələri iştirak ediblər.

“Bu gün Azərbaycanda istismarda olan Rusiya istehsalı “Mi” markalı helikopterlərə yüksək səviyyədə texniki xidmət göstərmək üçün müasir xidmət mərkəzi yaradılıb. Bu iş “Rostex” Dövlət Korporasiyasının aviasiya yığımı strategiyası çərçivəsində aparılır. Hansı ki, regional xidmət mərkəzləri şəbəkəsinin genişləndirilməsini nəzərdə tutur”, -deyə A. Boqinski bildirib.

Rusiya və Azərbaycan arasında əldə olunmuş razılaşmaya əsasən “Helikopter Servis Mərkəzi” MMC-də Rusiya tərəfi 25% paya malik olacaq. Bununla bağlı tərəflər arasında müqavilənin 2020-ci ilin birinci rübündə imzalanması planlaşdırılır. Razılaşma həmçinin Rusiya və keçmiş sovet istehsalı olan helikopterlərin təmiri və texniki xidmətin təşkili texnologiyalarının “Helikopter Servis Mərkəzi”nə ötürülməsini nəzərdə tutur.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş