Bakıda MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının 78-ci iclası keçirilib

Bu gün Bakıda MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 78-ci iclası keçirilib.

“AzeriDefence” xəbər verir ki, Azərbaycan tərəfinin təşkilatçılığı ilən keçirilən tədbirdə Belarus, Qazaxıstan, Qırğızstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistan sərhəd xidmətləri, SQKŞ-nin Əlaqələndirici Xidməti, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror  Mərkəzi, Sərhəd xidməti veteranlarının Beynəlxalq İctimai Birliklər İttifaqının Əlaqələndirici şurasının nümayəndə heyətləri iştirak ediblər.

İclasın açılışında Azərbaycan prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov çıxış edərək beynəlxalq terrorçuluğa, separatçılığa, transmilli müştəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, kütləvi qırğın silahlarının komponentlərinin və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizənin və beynəlxalq təhülkəsizliyin əsas şərtlərindən birinin dövlət sərhədlərinin etibarlı mühafizəsi olmasının qeyd edib. F. Ələsgərov Azərbaycanın sərhdə təhlükəsizliyi məsələlərinə xüsusi önəm verməsini vurğulayıb.

İclasda MDB iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb, 2017-ci il üzrə xidməti-döyüş fəaliyətlərinin nəticələri və 2018-ci ildə planlaşdırılan əməliyyatlar, MDB çərçivəsində sərhəd əməkdaşlığını hazırki vəziyyəti və onun inkişaf prespektivləri nəzərdən keçirilib, 2018-ci il üçün Fəaliyyət Planı müzakirə olunub.

Bununla yanaşı, aiddiyatı nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikri mübadiləsi apraılıb. Tədbir çərçivəsində nümayəndə heyətləri Dövlət Sərhəd Xidmətinin strukturu bölmələrinin fəaliyyəti ilə tanış olublar.

KATEQORIYA:
Bu xəbəri paylaş