Bakıda NATO-nun əməliyyat planlaşdırması prosesi üzrə təlim kursu keçirilir

Noyabrın 2-də Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2015-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “NATO-nun əməliyyat planlaşdırma prosesi” mövzusunda təlim kursu başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat vverilib.

Təlimə Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və digər qoşun növlərindən olan zabitlər cəlb olunublar.

Kurs müddətində iştirakçılara alyansın hərbi strukturu və tərəfdaşlıq, əməliyyat-planlaşdırma prosesi, onun fazaları, strateji mühitin əməliyyat qiymətləndirilməsi, fəaliyyət tərzlərinin hazırlanması və müqayisə edilməsi, NATO-nun çevik qüvvələri və s. mövzular barədə məlumatlar veriləcək.

Təlim kursu noyabrın 6-da başa çatacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş