Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir

Azərbaycan Müdafiə Nazirliyində NATO-nun mobil təlim qrupu tərəfindən seminar öz işinə başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Azərbaycanda “Maddi-Texniki Təminatın Əsasları” mövzusunda seminar keçirilir.

Tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara “Maddi-Texniki Təminatın əsasları”, “Əməliyyatlarda Maddi-Texniki Təminatın planlaşdırılması” və digər mövzular barədə məlumatlar verilir, eləcə də sindikatlar təşkil edilir.

Tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.

KATEQORIYA:
Bu xəbəri paylaş