Bakıda NATO tərəfindən kurs keçirilir

Bakıda NATO Mobil Təlim Qrupu tərəfindən kurs keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Birgə HHQ Əməliyyatlarının Planlaşdırılması” mövzusunda təlim kursu keçirilir.

Kurs müddətində iştirakçılara “NATO HHQ-nin Komanda və Qüvvə strukturu”, “Birgə Əməliyyatların Planlaşdırılmasının Əsas Xüsusiyyətləri” və digər mövzular barədə məlumatlar veriləcək, eləcə də işçi qruplarda fəaliyyətlər həyata keçiriləcək.

Təlim kursu sentyabrın 23-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş