Bakıda Pakistanın Müdafiə Günü qeyd edilib

Bu gün Bakıda Pakistanın Müdafiə Günü qeyd edilib.

“AzeriDefence”nin məlumatına görə, tədbirdə Pakistan Silahlı Qüvvələrinin hərbi attaşesi, polkovnik Seyid İmran Əli deyib ki, 1965-ci il 6 sentyabrda Pakistan əsgərləri dövrün müasir silah və texnikalarına malik Hindistan Ordusuna müqavimət göstərərək, qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək düşməni ağır itkilərə uğradıblar.

Hərbi attaşe bildirib ki, bu gün Pakistan dünyanın ən güclü ordularından birinə malikdir.

Pakiatanin Azərbaycandakı səfiri Xalid Usman Qayser qeyd edib ki, Pakistan güclü orduya malikdir və vətəni istəbilən müdaxilədən qotumağa qadirdir. O, ölkəsinin Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu da vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş