Bakıda Pakistanın Müdafiə Günü qeyd olunub

Sentyabrın 7-də Bakıda Pakistan İslam Respublikasının Müdafiə Günü münasibəti ilə rəsmi qəbul təşkil olunub.

“AzeriDefence”nin məlumatına görə, qəbulda Azərbaycan Silahlı Qüvvələrinin ayrı ayrı qoşun növlərinin yüksək rütbəli rəsmiləri, iictimaiyyət nümayəndələri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatları və hərbi attaşeləri iştirak ediblər.

Tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bildirib ki, Müdafiə Günü 1965-ci ildə Hindistan-Pakistan müharibəsi zamanı həyatını itirmiş şəhidlərin xatirəsinə həsr olunur.

Pakistan Silahlı Qüvvələrinin bu gün ölkəsini layiqincə müdafiə etdiyini deyən səfir ölkəsinin müdafiə qabiliyyətini davamlı şəkildə gücləndirdiyini bildirib.

“Pakistan nüvə ölkəsidir. Biz dünyanın beşinci ən güclü ordusuna malikik. Pakistan bu gün də dünyanın müxtəlif regionlarında sülhməramlı əməliyyatlarda iştirak edir. Biz terrorizmə qarşı mübarizədə də böyük nailiyyətlər əldə etmişik. Ölkəmiz ən acılı problemi olan Kəşmir məsələsinin sülh yolu ilə həllinə tərəfdardır. Biz həmçinin Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındayıq”, – deyə səfir vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş