Bakıda PAP qiymətləndirilməsi üzrə Azərbaycan-NATO görüşü keçirilib

Bakı şəhərində Azərbaycan Müdafiə Nazirliyi ilə NATO-nun Beynəlxalq Qərargahının ekspertlər qrupu arasında Planlaşdırma və Analiz Prosesinin həyata keçirilməsinin qiymətləndirilməsi üzrə İşçi görüşü keçirilib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə bu proqram çərçivəsində Müdafiə Nazirliyinin üzərinə götürdüyü məqsəd və öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsi müzakirə edilib.

Qeyd edək ki, Planlaşdırma və Analiz Prosesi çərçivəsində Azərbaycanın qəbul etdiyi 42 Tərəfdaşlıq Məqsədlərindən 28-i (Ümumi-18, Quru Qoşunları-5, Hərbi Dəniz Qüvvələri-1 və Hərbi Hava Qüvvələri-4) Silahlı Qüvvələrə aiddir. Hazırda qəbul edilmiş Tərəfdaşlıq Məqsədlərinin bir hissəsi yerinə yetirilib, uzunmüddətli digər Tərəfdaşlıq Məqsədlərinin yerinə yetirilməsi üzrə müvafiq işlər davam etdirilir.

PAP sənədinə əsasən NATO-nun keçirdiyi sülhməramlı əməliyyatlarda iştirak etmək üçün aşağıda adları göstərilən bölmələr ayrılıb:
Sülhməramlı bölük;
Axtarış-xilasetmə üzrə taqım;
Tibb taqımı;
Mühəndis-istehkam taqımı;
Helikopter qrupu.

KATEQORIYA:
Bu xəbəri paylaş