Bakıda Qələbə paradı keçiriləcək

Bakıda Qələbə paradı keçiriləcək

Dekabr ayının 10-da Bakı şəhərinin Azadlıq meydanında Qələbə paradının keçirilməsi planlaşdırılır.

“Azeri Defence”nin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, artıq paradla bağlı hazırlıq məşqlərinə başlanıb.

Döyüş əməliyyatları zamanı fərqlənən hərbi qulluqçuların da bir qismi paradda keçid edəcəklər.

Paradda həmçinin Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında olan bir sıra silah və texnika, pilotsuz uçuş aparatlarının nümunələri və aviasiya vasitələri nümayiş olunacaq.

Eləcə də düşməndən qənimət olaraq götürülən hərbi texnikaların bir qismi nümayiş etdiriləcəkdir.

Hal-hazırda hərbi paradın hazırlıq məşqləri davam edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş