Bakıda Rusiya HDQ-nin nümayəndə heyəti ilə görüş keçirilib

Bakıda Rusiya HDQ-nin nümayəndə heyəti ilə görüş keçirilib

Avqustun 24-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirovun Rusiya Hərbi Dəniz Donanması Baş Komandanının müavini vitse-admiral Vladimir Kasatonovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Xəzər dənizində hərbi əməkdaşlıq məsələlərindən danışılıb, hər iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər müzakirə edilib.

Sonra iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı  keçirilib.

Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş