Bakıda Serbiya Milli Təhlükəsizlik Şurasının katibi ilə görüş keçirilib

Bakıda Serbiya Milli Təhlükəsizlik Şurasının katibi ilə görüş keçirilib

Serbiyanın Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç 2020-ci il 10-12 avqust tarixində Azərbaycana səfər edib.

Azeri Defence saytının APA-ya istinadən verdiyi xəbərə görə, avqustun 11-də Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonağı qəbul edib.

Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunaraq ölkələrimiz arasında siyasi və təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımlara dair ətraflı fikir mübadiləsi aparılıb.

Dövlət başçılarımızın müntəzəm siyasi dialoqu və dostluq əlaqələri xüsusilə qeyd olunaraq ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.

Azərbaycan və Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd edilib.

Görüşdə, həmçinin, digər maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş