Bakıda Ukraynanın Silahlı Qüvvəllər günü qeyd edilib

Bu gün Bakıda Ukraynanın Silahlı Qüvvələr günü qeyd edilib. 

“AzeriDefence”nin məlumatına görə, tədbirdə Ukraynanın Azərbaycandakı hərbi attaşesi Vladimir Mitin bildirib ki, ölkəsi hərbi qüdrətini artirmaq və bu sahədə islahatlar həyata keçirilməsi ücün son illər ciddi addımlar atıb.

O, Azərbaycan-Ukrayna hərbi əlaqələrinə də toxunub. V.Mitin deyib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi hərbi, hərbi-sənaye sahəsində ürəkaçan əməkdaşlıq davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş