Bakıda Ukraynanın Silahlı Qüvvələr günü qeyd edilib

Bu gün Bakıda Ukraynanın Silahlı Qüvvələr günü qeyd edilib.

“AzeriDefence”nin məlumatına görə, Silahlı Qüvvələrin yaradılmasının 25-ci ildönümünə həsr olunan mərasimdə Ukraynanın Azərbaycandakı hərbi attaşesi, polkovnik Yuriy Oksyonenko bildirib ki, ölkəsi hərbi qüdrətini artirmaq və bu sahədə islahatlar həyata keçirilməsi ücün son illər ciddi addımlar atıb. 2014-cü ildə Donbas vilayətində xaricdən dəstək alan separatçılara qarşı başlanan hərbi əməliyyatlar isə bu prosesə ciddi təkan verib.

Ukrayna Ordusunun müasir silahlı qüvvələr sırasına daxil olunması üçün NATO və dünyanın inkişaf etmiş orduları ilə əməkdaşlıq etdiyini də diqqətə çatdıran Yuriy Oksyonenko Azərbaycan-Ukrayna hərbi əlaqələrinə də toxunub.

O deyib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi hərbi, hərbi-sənaye sahəsində əməkdaşlıq davam etdirilir və bu işlərin daha geniş miqyas alması üçün zəruri addımlar da atılır.

KATEQORIYA:
Bu xəbəri paylaş