Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq

Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq

Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılması barədə sərəncam imzalayıb.

“Azeri Defence”nin məlumatına görə, sərəncamda Mədəniyyət Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti üç ay müddətində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş